14 may 2013 15:53
Xəzər Lənkəranın qapıçısı Neftçi ilə matçı buraxa bilər
“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı Topaz Premyer Liqasının 31-ci turunun “Sumqayıt”la oyununda zədə alıb. Azerisport.az xəbər verir ki, o, hətta bu üzdən görüşün 68-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, qapıçının zədəsi çox ciddi deyil. Lakin dəqiq diaqnozu yalnız tibbi müayinədən sonra demək mümkündü.
Hələlik isə istisna olunmur ki, Sadıqlı mayın 28-də keçiriləcək “Neftçi” ilə kubokun final matçını buraxsın.
