14 may 2013 16:36
Əmrah Çəlikəl: İsmayılova görə bizə heç kim rəsmi müraciət etməyib
“Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl komandanın yarımmüdafiəçisi Əfran İsmayılovun “Bakı”ya keçəcəyinə dair xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İndi Əfran İsmayılova olan maraqdan danışmaq istəməzdik. Çünki onunla bağlı bizə heç kim rəsmi müraciət etməyib. Ümumiyyətlə, bu barədə danışmaq hələ tezdi. Çempionat hələ davam edir. Bizim öz hədəflərimiz var. İlk növbədə bu hədəflərimizə çatmaq istəyirik. Mövsüm başa çatandan sonra transfer planlarından danışmaq olar”.