14 may 2013 16:52
Yuri Syomin: Bunu müzakirə etməyə hazır deyiləm
“Qəbələ”nin sükanı arxasına keçməsi gözlənilən rusiyalı mütəxəssis Yuri Syomin bu barədə açıqlama verməkdən növbəti dəfə boyun qaçırıb. Azerisport.az xəbər verir ki, o, rusiyalı həmkarlarımızla söhbətində yalnız bunları dilə gətirib:
“Bağışlayın, amma mən hələ “Qəbələ”nin təklifini müzakirə etməyə hazır deyiləm. Mənim üçün hansı variantların prioritet olduğunu da demək istəmirəm. Hər şeyin öz vaxtı var”.
“Bağışlayın, amma mən hələ “Qəbələ”nin təklifini müzakirə etməyə hazır deyiləm. Mənim üçün hansı variantların prioritet olduğunu da demək istəmirəm. Hər şeyin öz vaxtı var”.
