14 may 2013 17:09

Ramin Musayev: Xəzər Lənkəran hardan bilir ki...

“Azərbaycan Superkuboku uğrunda görüş 2013-cü ildə istənilən halda baş tutacaq”. Azerisport.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
 
Reqlamentə əsasən, Superkubok matçı Avropa kuboklarında mübarizənin başlanmasına bir həftə qalmış çempionla kubokun qalibi arasında keçirilməlidir. Klublarımız qitə miqyaslı turnirlərdə mübarizəyə iyulun 4-də başlayacaqlarından, bu görüş iyunun 27-də olmalıdır. Hələlik nə Azərbaycan çempionu, nə də ölkə kubokunun sahibi müəyyənləşib. Amma kubokun finalında “Neftçi”nin “Xəzər Lənkəran”la qarşılaşacağı dəqiqdir. Flaqman çox yaxın olduğu çempionluğunu rəsmiləşdirsə, Superkubok uğrunda görüşdə Lənkəran təmsilçisi ilə üz-üzə gələcək. Çünki “Neftçi” “Xəzər Lənkəran”la final görüşünə çempion statusunda çıxacaq. Bu halda, cənublular uduzsa belə, Superkubok uğrunda görüşdə də eyni rəqiblə üz-üzə gəlməlidirlər. Lakin Lənkəran klubu indidən bəyan edib ki, komanda üzvləri iyunun sonlarında xarici ölkədə təlim-məşq toplantısında olacaq və bu səbəbdən, Avropa Liqasındakı ilk görüşdən bir həftə öncə Superkubok matçına çıxmaları mümkünsüzdür.
 
Musayev isə deyib: “Əvvəla, “Xəzər Lənkəran” hardan bilir ki, Superkubok oyununun iştirakçılarından biri olacaq? Yalnız “Neftçi”nin çempionluğu rəsmiləşdikdən sonra Lənkəran klubu bu barədə danışa bilər. Əlbəttə, biz Avropa kuboklarında iştirak edəcək klublarımıza lazımi şəraiti yaradacağıq. Amma kubokun sahibi Avroliqada ilk oyununu səfərdə keçirsə, Superkubok matçı başqa tarixə keçiriləcək. Əks halda, matç nəzərdə tutulduğu vaxtda baş tutacaq. Fikrimcə, qitə miqyaslı turnir öncəsi Superkubok matçında iştirak etmək komandalarımızın özü üçün də oyun təcrübəsi baxımından yaxşı fürsət olar. Bütün hallarda Superkubok matçını bu il mütləq keçirəcəyik”.
 
Qeyd edək ki, Topaz Premyer Liqasının qalibi Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu mərhələdə ilk oyunlar 16-17 iyula təsadüf edəcək. Azərbaycan Superkubokunun qalibi 100 min manat, məğlub komanda isə 50 min manat mükafata sahib olacaq. “Neftçi” bu gün “Qəbələ” səfərindən ən azı heç-heçə ilə ayrılsa, ardıcıl 3-cü çempionluğunu rəsmiləşdirəcək. Flaqman həm “Qəbələ”yə, həm də son turda “Bakı”ya uduzsa, “Qarabağ” isə qalan oyunlarının hər ikisini qələbə ilə başa vursa, çempion Ağdam təmsilçisi olacaq. Bu halda Superkubok qarşılaşmasında “Qarabağ”ın rəqibi “Neftçi” və “Xəzər Lənkəran” arasında keçiriləcək ölkə kubokunun final matçının qalibi olacaq. Finalda “Xəzər Lənkəran” uduzsa, iyunun sonlarında oynamaq istəmədiyi Superkubok görüşündən avtomatik kənarda qala bilər. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.