14 may 2013 17:23

Premyer Liqada və Birinci Divizionda pul mükafatı ləğv edildi

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk 3 yerin sahiblərinə verilən pul mükafatı ləğv olunub. Azerisport.az xəbər verir ki, cari mövsümdən etibarən yüksək liqada qalib və mükafatçılara Peşəkar Futbol Liqası (PFL) yalnız qızıl, gümüş və bürünc medallar təqdim edəcək.
 
Halbuki ötən mövsümədək çempion 150 min, vitse-çempion 100 min, 3-cü yerin sahibi isə 70 min manata da sahib olurdu. Bu il isə yalnız Azərbaycan Kubokunun qalibi yenə 100 min manat, finalçı isə 50 min manat mükafatını alacaq. I diviziondan Premyer Liqaya yüksələcəkləri halda isə ilk pillənin sahibinə 100 min manat, 2-ci yeri tutana isə 70 min manat mükafat veriləcək. Amma növbəti mövsüm Topaz Premyer Liqasında 10 komanda mübarizə aparacağından, I diviziondan heç bir komanda elitaya yüksəlməyəcək. Bu isə o deməkdir ki, aşağı liqada çempion və vitse-çempionu da pul mükafatı almayacaq.
 
Məlumatı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev də təsdiqləyib.
 
Qeyd edək ki, Topaz Premyer Liqasının qalibi yalnız bir halda pul mükafatına sahib olacaq. 2013-cü ildən bərpası nəzərdə tutulan Superkubok matçında çempion ölkə kubokunun qalib və ya finalçısını yensə, 100 min manat, yenilsə 50 min manat qazanacaq. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.