15 may 2013 18:02
Oyunlar canlı yayımlanacaq
Xəbər verdiyimiz kimi, mayın 29-dan iyunun 5-dək Bakı şəhərində ənənəvi III Caspian Cup beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirin oyunları “İdman Azərbaycan” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
III Caspian Cup turnirinin təqvimi ilə tanış olmaq üçün saytımızın baş səhifəsinin sağ tərəfindəki müvafiq bannerə, yaxud "Ümumi məlumatlar" bölməsindəki "Caspian Cup - U-17" linkinə daxil ola bilərsiniz.
