15 may 2013 11:19
Rəşad Sadiqov: Neftçi ilə yenidən qızıl dubla imza atmaq istəyirəm
“Neftçi”nin kapitanı Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi
- “Neftçi”nin erkən çempion olması münasibəti ilə sizi təbrik edirik. Təəssüratlar necədi?
- Sağ olun. Hamımız bu uğura görə çox şadıq. Düzdü, bu gün qələbə qazana bilmədik. Amma ən əsası odu ki, sona bir tur qalmış çempionluğu təmin edə bildik.
- Sağ olun. Hamımız bu uğura görə çox şadıq. Düzdü, bu gün qələbə qazana bilmədik. Amma ən əsası odu ki, sona bir tur qalmış çempionluğu təmin edə bildik.
- Oyun sizin üçün heç də asan keçmədi, məğlub da ola bilərdiniz...
- Çətin olacağını öncədən də bilirdik. “Qəbələ” altıncı yerdə getsə də, komandanın yaxşı heyəti, güclü legionerləri var. Amma bizə istəyimizə çatmaq üçün heç-heçə də kifayət edirdi ki, buna da nail olduq.
- “Neftçi”nin çempionluğu hələ ötən tur “Simurq”la oyunda da rəsmiləşdirə bilərdi...
- Hə. Biz də çempionluğu məhz həmin turda rəsmiləşdirmək istəyirdik. Komandamız bu mövsüm üç cəbhədə - Avropa Liqasında, Premyer Liqada, ölkə kubokunda mübarizə aparsa da, istirahət etməyib. Bu üzdən də sona iki tur qalmış çempion olub, istirahət etmək istəyirdik. Axı bizi qarşıda “Xəzər Lənkəran”la kubokun final oyunu gözləyir. Həmin görüşə yaxşı hazırlaşmaq bizim üçün çox vacibdi.
- “Bakı” ilə son turun oyunu sizin üçün heç bir prinsipial əhəmiyyət daşımayacaq?
- Belə demək olar. Çünki bizim üçün artıq hər şey həll olunub.
- Bəs “Xəzər Lənkəran”la kubok oyununda necə?
- Mən əvvəllər də “Neftçi”də çıxış etmişəm, o dövrdə komanda ilə “qızıl dubl”a imza atmışam. Çalışacağıq ki, yenidən bu uğura nail olaq. Azərbaycan Kubokunu qazanmaq böyük şərəfdi. Biz bu turnirin qalibi olmaq üçün bütün gücümüzü qoyacağıq. Əks halda biz heç bu qədər əziyyət çəkib finala çıxmazdıq. Bir halda ki, bura qədər gəlmişik, kuboku qazanmalıyıq.
- “Xəzər Lənkəran”la görüşdən nə gözləyirsiz?
- “Xəzər Lənkəran”ın necə yaxşı komanda olduğunu hamı bilir. Özü də bu komandalar arasındakı qarşılaşmalar həmişə prinsipial hesab olunur.
- “Xəzər Lənkəran”ın necə yaxşı komanda olduğunu hamı bilir. Özü də bu komandalar arasındakı qarşılaşmalar həmişə prinsipial hesab olunur.
- Kubokun finalındakı məğlubiyyət çempionatdakı uğurunuzu unutdura bilər?
- Əlbəttə. Bunu hamı başa düşür. “Xəzər Lənkəran”ın çempionatda heç bir hədəfi olmasa da, kuboka böyük önəm verir. Həm də kubok oyunları çempionatdakı matçlardan fərqlənir. Hesab edirəm ki, bizi çox çətin və maraqlı oyun gözləyir. Biz bu oyunda qalib gəlmək və növbəti titulumuzu qazanmaq istəyirik.