15 may 2013 12:35
Flavinyo Neftçinin uğurlarını braziliyalılarla əlaqələndirdi
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo Topaz Premyer Liqasının qalibi olmalarına dair fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Braziliya mətbuatına müsahibəsində bunları qeyd edib:
“Mövsümün əvvəlində komandamızın müəyyən çətinlikləri var idi. Çünki həm də Avropa Liqasında mübarizə apardığımıza görə, bizə çətin idi. Məhz bu üzdən həmin dövrdə bir qədər zəif komandalarla görüşlərdə xallar itirdik. Amma sonradan doqquz məğlubiyyətsiz oyun keçirdik. Bu çempionluq bizə əvvəlkilərlə müqayisədə daha çətinliklə başa gəldi. “Neftçi”nin bu uğurlarında braziliyalılar da vacib rol oynayırlar. İndi komandada üç nəfərik – mən, Denis Silva və Bruno Bertuççi. Komandam bu uğurlarına görə braziliyalılara çox borcludu. Son üç il “Neftçi” üçün çox yaxşı alındı”.