16 may 2013 00:14

UEFA da Neftçinin çempion olmasından yazdı

UEFA-nın rəsmi saytı “Neftçi”nin dalbadal üçüncü, ümumilikdə səkkizinci dəfə Azərbaycan çempionu adını qazanması ilə bağlı yazı dərc edib. Azerisport.az xəbər verir ki, “Neftçi”nin diktaturası” adlı yazıda klubun rəhbərliyinin, məşqçi və futbolçuların fikirlərinə yer verilib.
 
Paytaxt klubunun vitse-prezidenti Tahir Süleymanov bu dəfə qazanılan çempionluğun daha əvvəl əldə etdikləri uğurlarla müqayisədə çətin olmasını vurğulayıb. O xatırladıb ki, 2011/12-ci il mövsümündə komanda çempionatın başa çatmasına üç, ötən il iki, bu dəfə isə bir tur qalmış birinciliyi təmin edib: “Biz mövsüm ərzində bir neçə dəfə çətinliklə üzləşdik. Amma buna baxmayaraq, sübut etdik ki, komandamız yenə də Azərbaycanda ən güclüdü”.
 
“Neftçi”nin kapitanı Rəşad Sadiqov qeyd edib ki, onlar bu uğuru qazanacaqlarına inanırmışlar və nəticədə də buna nail olublar. Müdafiəçi İqor Mitreski uğurda klubun prezidenti Sadıq Sadıqovun xüsusi rolunu qeyd edib: “O, bizi həmişə dəstəkləyib. Biz yaxşı təcrübə toplamışıq, Avroliqanın qrupundan oynamışıq. İnanıram ki, bu tempdə də davam edəcəyik”.
 
Hücumçu Nikolas Kanales isə deyib: “Çempion olmaqdan gözəl bir duyğu yoxdu. Bu gun uzun sürən marafondan sonra çempionluğu yaşadım. “Çempionluq yolunda mənə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Bu gün çox gözəl bir gündür”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.