15 may 2013 12:54
Vüqar Nadirov: Əfran İsmayılovun harda olduğundan xəbərim yoxdu
“Qarabağ”ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi
- “Bakı” üzərində qələbə qazandığınız oyunla bağlı nə deyə bilərsiz?
- Birinci hissə bizim üçün uğursuz bitdi. Yəqin ki, isti hava sözünü deyirdi. Yaxşı ki, fasiləyə qədər hesabı bərabərləşdirməyi bacardıq. Əks halda işimiz çətin olacaqdı. İkinci hissədə isə oyunumuz daha yaxşı alındı. Layiqli qələbə qazandıq.

- Bu qələbə komandanıza çempionatın gümüş medallarını təmin etməyə imkan verdi...
- Bu, bizim üçün çox önəmlidi. Əgər çempion ola bilmədiksə, heç olmasa ikinci yeri tutmalıydıq.
- Deməli, gümüş medal qazanmağınızı uğur hesab edirsiz? Axı komandanız qarşısına çempion olmağı hədəf qoymuşdu...
- Ötən mövsüm biz heç ümumiyyətlə medalçılar sırasına düşə bilməmişdik. Avrokuboklara da gedə bilmədik. Bu mövsüm ikinci yeri tutduqsa, bunu uğur saymaq olar. Hətta qarşımıza çempionluq hədəfi qoyulsa da.
- Çempion yenə də “Neftçi” oldu...
- Bu faktla artıq barışmaq lazımdı. “Neftçi”ni çempionluq münasibəti ilə təbrik edirəm.
- Bir müddət öncə meydanda az qala dalaşdığın əsas rəqibi təbrik etməyi heç də tez-tez eşitmək olmur...
- Nə olmuşdusa, geridə qaldı. Artıq heç nə etmək olmaz. Əgər onları öz meydanımızda məğlub edə bilsəydik, indi çempion biz olardıq.
- Əfran İsmayılovla sizin bu yay “Qarabağ”dan ayrılacağınız gözlənilirdi. Siz ötən həftə yeni müqavilə imzaladınız. Bəs komanda yoldaşınızla bağlı vəziyyət nə yerdədi?
- Onun barəsində heç nə deyə bilmərəm. Mən artıq müqavilə imzalamışam. İstədim ki, bütün şayiələrə son qoyulsun. İndi sakitcə istirahət edib, yeni mövsümün hazırlıqlarına başlamaq olar.
- Onun barəsində heç nə deyə bilmərəm. Mən artıq müqavilə imzalamışam. İstədim ki, bütün şayiələrə son qoyulsun. İndi sakitcə istirahət edib, yeni mövsümün hazırlıqlarına başlamaq olar.
- Əfran İsmayılov bu oyunda da yox idi. Harda olduğunuzdan xəbəriniz vardı?
- Bilmirəm. Bu məsələ artıq rəhbərliklə futbolçu arasında həll olunur. Onlardan soruşun.
- Bilmirəm. Bu məsələ artıq rəhbərliklə futbolçu arasında həll olunur. Onlardan soruşun.