15 may 2013 13:34
Qurban Qurbanov: Əfranın komandada qalmaq şansı əllinin əlliyədi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Əfran İsmayılovun komandada qalmaq ehtimalını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, “Bakı”ya keçəcəyi gözlənilən, elə son turun ötən gün məhz bu komandaya qarşı keçirilən oyununda gözə dəyməyən futbolçunun aqibəti ilə bağlı bunları söyləyib:
“Əfran İsmayılov dünənki oyunun iştirak ərizəsinə başqa klubla danışıqlar apardığına görə salınmamışdı. Dünən sadəcə kim daha hazırlıqlı idisə, onlar da oynamaq şansı qazandılar. İsmayılovun komandada qalmaq şansı əllinin əlliyədi. Mümkündü ki, komandadan getsin. Tezliklə hər şeyə aydınlıq gələcək”.