16 may 2013 01:44
Denizlisporun baş məşqçisi: Arif İsayevlə Rail Məlikov komandada qalmalıdı
Türkiyənin “Denizlispor" klubunun azərbaycanlı futbolçuları – müdafiəçi Rail Məlikovla yarımmüdafiəçi Arif İsayev yeni mövsümdə də bu komandanın şərəfini qoruya bilər. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, komandanın baş məşqçi Özcan Bizati növbəti mövsümdə komandada görmək istədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edib. Baş məqşçini təqdim etdiyi siyahıda millimizin oyunçuları da yer alıb.
Bundan başqa, Bizatı rəhbərlikdən yeni mövsümdə ikisi əcnəbi olmaqla, 8 futbolçunun transfer olunmasını tələb edib.
Sonda onu da qeyd edək ki, Məlikovla İsayevin “Denizlispor”dakı aqibətinə futbolçularımızın rəhbərliklə yekun danışıqlarından sonra aydınlıq gələcək.
