16 may 2013 01:53
Denizlisporda istefalar dalğası
Azərbaycanlı futbolçular – müdafiəçi Rail Məlikovla yarımmüdafiəçi Arif İsayevin çıxış etdiyi Türkiyənin "Denizlispor" klubunda bir neçə istefa baş verib. Azerisport.az xəbər verir ki, komandanın baş məşqşisi Özcan Bizatinin köməkçiləri Levent Kartopla Burak Özsaraç istefa verib.
Məşqçilərin bu qərarı verməsinə klub prezidenti Süleyman Urkayın taktiki məsələlərə müdaxilə etməsi olub. Buna görə də məşqçilər bir illik müqavilələrinin olmasına baxmayaraq, komandadan ayrılıblar.
Qeyd edək ki, bir gün öncə rəhbərliyin iştirakı ilə keçirilən toplantıda klubun vitse-prezidenti Veysel Gühan, şöbə müdiri İhsan Niyas və klub nümayəndələri Özgan Atik, Servet Özel və Mustafa Şavklı işlərinin çoxluğuna əsas gətirərək klubdan ayrılmaq istədiklərini deyiblər.
