15 may 2013 15:25
Yığmamızın məşqçi Almaniya klubunu çalışdırası olmadı
Azərbaycan millisinin məşqçisi Olaf Yanssenin Almaniya klubuna keçəcəyinə dair xəbərlər özünü doğrultmayıb. Azerisport.az xəbər verir ki, Almaniya mətbuatı növbəti mövsümdən Yanssen regional liqada yarışan Kölnün “Viktoriya” komandasına məşqçi təyin olunacağını bildirirdi.
Alman mütəxəssislə buna qədər iki dəfə aparılan danışılqlar müsbət nəticə verməmişdi. Lakin Köln klubu üçüncü dəfə millimizin məşqçi ilə danışığa başlamışdı. Tərəflər razılığa gəlsəydi, Yanssen "Viktoriya"nın baş məşqçisi təyin ediləcəkdi.
Lakin son məlumatlara görə, tərəflər yenə razılığa gələ bilməyiblər. Yansseni maliyyə şərtləri qane etməyib. Onlar eyni zamanda müqavilənin müddəti ilə də bağlı razılıq əldə edə bilməyiblər.
