16 may 2013 02:35
Avropa Liqasında potensial rəqiblərimiz
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində çıxış edəcək klubların ilkin siyahısı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Azərbaycanın üç komanda ilə təmsil olunacağı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin ilkin mərhələsinin 76 iştirakçısından 51-i bəllidi.
Onlardan üçü Azərbaycan təmsilçisidi. Belə ki, Premyer Liqamızın gümüş mükafatçısı “Qarabağ”, bürünc medalların qalibi “İnter”, eləcə də ölkə kubokunun finalçısı “Xəzər Lənkəran” artıq Avroliqada iştirakını dəqiqləşdirib. Digər 48 iştiraçı isə aşağıdakılardı:
Rosenborg (Norveç), Ventspils (Latviya), Tromse (Norveç), Aktobe (Qazaxıstan), Dinamo (Minsk, Belarus), St Patrick's (İrlandiya), Malmö (İsveç), Sarajevo (Bosniya və Herseqovina), Reykjavík (İslandiya), Inter Turku (Finlandiya), Levadia (Estoniya), Linfield (Şimali İrlandiya), Valletta (Malta), Olimpija (Sloveniya), Metallurg (Liepaya, Latviya), Gefle (İsveç), Punik (Ermənistan), Skonto (Latviya), Dila Gori (Gürcüstan), Suduva (Litva), Vaduz (Lixtenşteyn), Flora (Estoniya), Torshavn (Farer adaları), TPS (Finlandiya), Breidablik (İslandiya), Glentoran (Şimali İrlandiya), Torpedo (Gürcüstan), İrtış (Qazaxıstan), Crusaders (Şimali İrlandiya), Santa Coloma (Andorra), Jalgiris (Litva), Mariehamn (Finlandiya), Mika (Ermənistan), İBV (İslandiya), Hibernians (Şotlandiya), Tiraspol (Moldova), Wanderers (Malta), Drogheda (İrlandiya), Trans (Narva, Estoniya), Gandzasar (Ermənistan), Astana (Qazaxıstan), Teuta (Albaniya), Vikingur (Farer adaları), Kukesi (Albaniya), Fuglafjordur (Farer adaları), Prestatyn Town (Uels), Airbus (Uels), La Fiorita (San Marino).

Qeyd edək ki, hələlik qalan 25 iştirakçının adı dəqiqləşmədiyi üçün klublarımızın püşkatma zamanı konkret hansı səbətdə qərarlaşacağı bəlli deyil. Lakin indidən böyük ehtimalla “Qarabağ”la “İnter”in səpələnmişlər sırasında qərarlaşacağını demək olar. Elə “Xəzər Lənkəran”ın da ilkin mərhələnin püşkatması zamanı eyni səbətdə qərarlaşması mümkündü. Bu isə o deməkdi ki, hər üç təmsilçimizin bəxtinə ilkin mərhələdə səpələnməmişlər səbətində yer alacaq zəif klublar düşəcək.
Sonda onu da diqqətinizə çatdıraq ki, Avroliqanın ilkin təsnifat mərhələsinin ilk oyunları oyulun 4-də, cavab qarşılaşmaları isə 11-də keçiriləcək.