15 may 2013 16:47
Syomin Qəbələdən bir ilinə 1 000 000 avro tələb edir
“Qəbələ”nin baş məşqçi postuna gətirmək istədiyi rusiyalı mütəxəssis Yuri Syominin Azərbaycan klubundan tələb etdiyi maliyyə şərtləri açıqlanıb. Azerisport.az xəbər verir ki, Rusiya millisinin və Moskva “Lokomotiv”inin sabiq çalışdırıcısı bölgə təmsilçisindən bir ilinə 1 000 000 avro tələb edib.
O, “Qəbələ” rəhbərliyi ilə ilkin danışıqları zamanı məhz bu cür şərt irəli sürüb. Lakin tərəflərin sonda necə razılığa gələcəyi hələ dəqiq bilinmir.
Maraq üçün bildirək ki, Syomin bir neçə mövsüm öncə çalışdığı Kiyev “Dinamo”sunda ilinə 3 000 000 avro qazanırdı.
