15 may 2013 16:27
Nikolov: Sxadadze Bakıda? Bu, çox mənasız və gülməli informasiyadı
“İnter”in prezidenti Georgi Nikolov komandanın baş məşqçisi Kaxaber Sxadadzenin “Bakı”nın sükanı arxasına keçəcəyi barədə xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bunlar mənasız və gülməli informasiyalardı. Məsələ burasındadı ki, biz baş məşqçimizlə mart ayında yeni müqavilə imzalamışıq və anlaşmanın müddətini daha bir il artırmışıq. O, 2013/14 mövsümünü “İnter”də keçirəcək. Sxadadzenin “Simurq”la oyundan sonra dediklərinə gəlincə, bu, çox pessimist fikirlərdi. Yəqin ki, o, məğlubiyyətə görə məyus olubmuş. Ona görə də elə danışıb”.