15 may 2013 17:03

Bojidar Bandoviç: Mən buna görə məsuliyyəti üzərimə götürmürəm

“Bakı”nın baş məşqçisi Bojidar Bandoviçin azerisport.az saytına müsahibəsi
 
- “Bakı”dakı ilk mövsümünüzə artıq yekun qiymət vermək olar?
- Məni hər şeydən çox məyus edən fakt ölkə kubokunun finalına yüksələ bilməməyimiz oldu. Olanları xatırlamaq belə istəmirəm. Mən komandanı qəbul edəndə bir mövqeyə səkkiz oyunçu var idi. Təsəvvür edin ki, mənə nə qədər çətin idi. Bu sözlərlə özümə haqq qazandırmıram. Sadəcə, komandanı qəbul edərkən üzləşdiyim vəziyyəti başa salmağa çalışıram.
 
- Uğur qazanmağınıza mane olan daha hansı problemlər vardı?
- Fiziki hazırlıq pis vəziyyətdə idi. Normal hücumçu yox idi. Normal yay hazırlığı keçilməmişdi. Qış fasiləsindən sonra komandanın oyununda necə dəyişiklik olduğunu özünüz də gördünüz. Yeni futbolçularımız da komandaya gec uyğunlaşdılar. On oyunda ardıcıl uduzmadıq. Komanda maksimum gücünü ortaya qoydu. Amma real danışmaq lazımdı: bu heyət mükafatçılar sırasına düşmək gücündə deyildi.
 
- Rəhbərliyin uğursuzluqla bağlı mövqeyini öyrənmisiz?
- Artıq rəhbərliklə görüşmüşəm. Mən öz narazı qaldığım məsələləri demişəm, onlar özlərinkini. Daha bir görüş keçirməliyik. “Neftçi” ilə oyundan sonra necə olacağına tam qərar verəcəyik. Bütün kartları açmaq istəmirəm. Hər şeyi rəhbərliklə müzakirə etməliyik.
 
- Rəhbərlik artıq sizin mövsümün sonunda istefaya göndəriləcəyinizə işarə vurub...
- Mənim də narazı olduğum məqamlar və postumdan öz istəyimlə də gedə bilərəm. Amma bunları jurnalistlərlə müzakirə etmək istəmirəm. Rəhbərliklə görüşüb, qərar verəcəm. Mən məsuliyyəti öz üzərimə götürmürəm. Məşqçi kimi mən yalnız nəticələrə cavabdehəm. Amma elə şeylər də var ki, onlara görə məsuliyyəti öz üzərimə götürmək istəmirəm. Hətta klubdan gedəcəyim halda da, burdakı problemlərdən danışmaq istəmirəm. Bu, ən asan yoldu.
 
- Sizdən bu mövsüm nəticə gözlənilirdi...
- Mən qısa zaman kəsiyində nəticə qazanacağıma söz verməmişdim. Belə olsa, “Bakı” hər 7-8 aydan bir baş məşqçi dəyişməlidi. Heç kim də nəticə verə bilməyəcək. Belə çıxır ki, onda mənim futboldan başım çıxmır. Beş il Yunanıstanın “Olimpiakos” klubunda çalışmışam. Hansı ki, bu komanda Çempionlar Liqasında iştirak edib. Bu, ondan xəbər verir ki, futbolu bilirəm. Qoy kim necə istəyir, elə də addım atsın. Bu, öz işləridi.
 
- Rauf Əliyev “Qarabağ”la oyunda aldığı qırmızı vərəqəyə görə cəzalanacaq?
- Elə oyunlar var ki, futbolçular çox gərgin olurlar. Bu da elə oyunlardan idi. Xüsuslə də Rauf üçün. O, əsəblərini saxlaya bilmədi. Qələbə qazanmaq istəyirdik. Əliyev son oyunlarda özünü yaxşı tərəfdən göstərirdi. Cəza barədə düşünmürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.