16 may 2013 17:59
Vaqif Cavadov: Bu oyunda mütləq qələbə qazanmalıyıq
“Qarabağ”ın hücumçusu Vaqif Cavadovun azerisport.az saytına müsahibəsi
- “Qarabağ” demək olar ki, aparıcı futbolçularının əksəri ilə yeni müqavilə imzalasa da, onların arasında sizin adınıza rast gəlinmir. Niyə?
- Mən şadam ki, indiki heyəti növbəti mövsüm üçün qorumağı bacardıq. Mənə gəlincə, klubla müqaviləmin müddəti gələn ilin yayında bitəcək. Ona görə də bu baxımdan heç bir narahatlığım yoxdu.

- Son zamanlar niyə belə az oynayırsız?
- Bilmirəm. Ola bilər ki, bu, sadəcə baş məşqçinin taktiki planları ilə bağlı qərarıdı. Başqa səbəb tapa bilmirəm.

- Bu, sizi narahat etmir?
- Əlbəttə, az oynayan hər bir futbolçu kimi, məni də narahat edir.

- Bəs çıxış yolunu nədə görürsüz?
- Məşq etməli, isbatlamalıyam ki, əsas heyətdə oynamağa layiqəm. Amma indi də pis formada deyiləm.

- Premyer Liqanın cari mövsümünün yekunları ilə bağlı nə deyə bilərsiz?
- Qızıl medalları qazanmaq istəyirdik. Amma ikinci olmaq da pis nəticə deyil. Ən azından bu da bir uğurdu. Gələn il çempion olmaq növbəmizdi.

- “Neftçi”nin çempionluğu ədalətlidi?
- Mən deməzdim. “Qarabağ” da yaxşı çıxış etdi. Bizim yeganə çatışmazlığımız onda oldu ki, bu komandanı son həlledici oyunda məğlub edə bilmədik. Ona görə də çempion oldular.
- Bəlkə “Neftçi”nin legionerlərinin ustalıq səviyyəsi sözünü dedi?
- Bizim legionerlər də zəif deyillər. Həm də çempion ola bilməməyimizi yalnız legionerlərimizlə əlaqələndirmək düz olmazdı.

- “Simurq”la son oyunda motivasiya olacaq?
- Fikrimcə, yox. Xüsusilə də milli üzvlərində. Bizi qarşıda Lüksemburqla DÇ-2014-ün seçmə mərhələ oyunu gözləyir. Həmin oyunda mütləq qələbə qazanmalıyıq. Rəqibin adına baxmayaraq, bizi çətin oyun gözləyir.