16 may 2013 19:39
Elhad Nəziri: Baş məşqçinin qərarını gözləyirəm
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri Rumıniyanın “Petrolul” klubundan mümkün gedişinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Hələ heç nə dəqiq deyil. İndi bütün fikirlərimiz “Petrolul”la Rumıniya kubokunu qazanmağa yönəlib. Hər şeyə ondan sonra aydınlıq gələcək. Mən baş məşqçi Kosmin Kontranın qərarını gözləyirəm”.
“Hələ heç nə dəqiq deyil. İndi bütün fikirlərimiz “Petrolul”la Rumıniya kubokunu qazanmağa yönəlib. Hər şeyə ondan sonra aydınlıq gələcək. Mən baş məşqçi Kosmin Kontranın qərarını gözləyirəm”.
Qeyd edək ki, “Petrolul” mayın 22-də kubokun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Otelul”u qəbul edəcək. İlk oyunda həmyerlimizin komandası 3:0 hesabıyla qələbə qazanıb.
