16 may 2013 19:45

Seriyalara son, tarixin ən pis nəticəsi

Topaz Premyer Liqasının 31-cu turu çərçivəsində AZAL klubunu qəbul edən "Rəvan” cari mövsüm son ev oyununu keçirdi. Azerisport.az xəbər verir ki, “aslanlar” məğlub olmaqla ev matçlarındakı qələbə seriyasının qırılmasına mane ola bilmədi.
 
Belə ki, "uçan aslanar” Premyer Liqanın final mərhələsində buna qədər doğma divarlar arasında keçirdiyi 4 oyunun hamısında 3 xala sevinmişdi. "Xəzər Lənkəran” və "Turan”ı 1:0, "Sumqayıt”la "Kəpəz”i isə 3:0 hesabı ilə üstələyən komanda bu dəfə də 3 top vursa da, buraxılan 5 qol məğlubiyyəti qaçılmaz etdi. Maraqlıdır ki, AZAL final mərhələsinin ilk dövrəsindəki oyunda da "Rəvan”ın seriyasına son qoymuşdu. Aprelin 20-də baş tutmuş görüşdə “Rəvan”ın 4 oyunluq qələbə seriyası qırılmışdı.
 
Buna qədər bütün ev oyunlarında AZAL-ı udan "Rəvan” bu dəfə yenilməklə həm də 81 gündən sonra doğma divarlar arasında xalsız qaldı. Belə ki, buna qədər evdə son yenilgi fevralın 22-də "Qarabağ”la qalmaqallı oyunda qeydə alınmışdı. Təxminən 3 ay öncə artıq hakimlikdən uzaqlaş(dırıl)an Elçin Məmmədovun "gözoxşayan” idarəçiliyi bu komandanı məğlub duruma salmışdı.
 
Topaz Premyer Liqasında mövsüm ərzində ikinci dəfə 8 qolluq oyunda iştirak edən "Rəvan” cari mövsüm 3 qol vurub 1 xal belə qazana bilməyən ikinci komanda oldu. Daha öncə elə bu turun "Turan” – "Kəpəz” görüşündə (3:5) anoloji vəziyyət yaranmışdı. Hərçənd buna qədər cari mövsümdə 1 oyuna ən azı 3 qol vuran komanda 39 dəfə qalib gəlmişdi.
 
AZAL ilə oyunda qollu seriyasını 13 matça çatdıran "Rəvan” həm də ardıcıl 20-ci heç-heçəsiz oyununu keçirdi. Özü də 5 qol buraxmaqla. Bu, indiyə qədər klubun Premyer Liqada iştirak etdiyi dönəmdə ən pis nəticədi. Yəni “Rəvan” elitada bunadək heç vaxt 5 top buraxmamışdı.
 
"Rəvan” cari mövsüm ilk dəfə Premyer Liqa matçına Xuan Manuel Vareasız çıxmışdı. Sarı vərəqə limitini doldurduğuna görə cəzalı olan argentinalı qoleador buna qədər çempionatın 30 oyununun hamısında start heyətində yer almışdı. Bu dəfə isə Varea tribunada əyləşmişdi.
 
Matçda komandasının ilk topunu vuran Nikolay Orlovski isə 149 gündən sonra qola sevindi. Moldovalı legioner sonuncu dəfə ötən il dekabrın 16-da "Sumqayıt”la ev oyununda fərqlənmişdi. Orlovski həmçinin Premyer Liqada ilk dəfə qırmızı vərəqə aldı və bu baxımdan 8-ci "Rəvan”lı oldu. Ümumilkdə klubun elita tarixi ərzində ən çox meydandan qovulan futbolçusu Taqim Novruzovdur: hazırda AZAL-da oynayan yarımmüdafiəçi 3 dəfə qarşısında qırmızı vərəqə görüb. Samuel Barlay və Əkrəm Hodziç 2, Şeriff Suma, İvan Vasilyev, Miloş Adamoviç və Orxan Lalayev isə Orlovski kimi 1 dəfə hakimin sərt qərarı ilə üzləşib. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.