16 may 2013 20:23
AFFA prezidenti Musayevi təbrik etdi (VİDEO)
Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev assosiasiyanın inzibati binasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi anadan olmasının 50 illik yubileyi münasibətilə təbrik edib. Azerisport.az xəbər verir ki, AFFA və PFL-in əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən assosiasiya prezidenti R.Musayevə xoş arzularını bildirib, şəxsi həyatında və əmək fəaliyyətində uğurlar arzulayıb. PFL-in prezidenti yubileyi münasibətilə AFFA-nın diplomu ilə təltif olunub. Rövnəq Abdullayev üzərində "Ramin Musayev 50" yazılmış Azərbaycan milli komandasının futbolkasını və AFFA-nın hədiyyəsini R.Musayevə təqdim edib.
