16 may 2013 20:35
Bakı ikinci oyununda da məğlub oldu
Bu gün İtaliyada çimərlik futbolu üzrə klublar arasında Avropa Kubokununun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, yarışda ölkəmizi “Bakı” təmsil edir.
Komandamızın növbəti rəqibi Polşanın “Qrembax” kollektivi olub. Qarşılaşma təmsilçimizin 1:2 hesablı yenilgisi ilə başa çatıb. Yeganə qolu Ramil Əliyev vurub.
Qeyd edək ki, paytaxt klubu ilk oyununu yerli “Terraçin” klubuna qarşı keçirmiş və 1:3 hesabıyla uduzmuşdu.
“Bakı” son oyununu Litvanın “Kreyssu” komandasına qarşı keçirəcək.
