16 may 2013 21:10

Rəvan Xəzər Lənkəranla oyuna ciddi itkilərlə çıxacaq

Topaz Premyer Liqasının sonuncu - 32-ci turu çərçivəsində "Xəzər Lənkəran”la səfərdə görüşəcək "Rəvan” bu oyuna hazırlığa başlayıb. Azerisport.az xəbər verir ki, “aslanlar” 1 günlük istirahətdən sonra bu gün axşam keçirilən məşqlə hazırlığa start verib.
 
"Bayıl stadionu”nda baş tutan və təxminən 1,5 saat davam edən məşq bərpaedici xarakterli olub. Baş məşqçi Ramil Əliyev yetirmələrini çox da yükləməyib. Əsasən toplu çalışmalar üzərində qurulan məşqdə kapitan iştirak etməyib. Belə ki, AZAL ilə oyunda rəqibin 4-cü qolu vurduğu epizodda ağır zədə alan Tural Axundovda ayaq biləyinin bağları xəsarət alıb. Başqa sözlə, Tural üçün mövsüm artıq bitib.
 
Eyni sözləri son oyunda qırmızı vərəqə alaraq meydandan qovulan Nikloay Orlovski və matçın lap əvvəlində qarşısında sarı vərəqə görməklə cəzalı duruma düşən Şəhriyar Rəhimov haqda da söyləmək olar. Bütün bunlar azmış kimi, Tofiq Mikayılovun da zədəli olması baş məşqçini qayğılandırır. Aprel ayında Premyer Liqada vurulmuş ən gözəl qollardan birin(cisin)in müəllifi olan "22” nömrəmiz bugünkü məşqdə fərdi qaydada hazırlaşdı. Onun Lənkəranda oynayıb-oynamayacağı sual altındadır. Əvəzində Xuan Manuel Varea cəzasını başa vurub və "cənublular”la oyunda forma geyə biləcək.
 
Qeyd edək ki, mayın 20-də Lənkəran şəhər stadionunda keçiriləcək "Xəzər Lənkəran” – "Rəvan” oyunu saat 19:00-da başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.