16 may 2013 11:35
PFL bir matçın keçirilmə vaxtını dəyişdirdi
Futbol üzrə Azərbaycan Birinci Divizionunun 26-cı turunun MOİK – “Bakılı” oyununun keçirilmə tarixi dəyişdirilib. Azerisport.az xəbər verir ki, qarşılaşmanın keçirilmə vaxtı 18 may tarixindən 19 may tarixinə dəyişdirilib.
Buna səbəb Beynəlxalq Hərbi İdman Şurasının nümayəndə heyətinin Bakıda keçiriləcək hərbçilərin I Dünya kuboku öncəsi MOİK klubunun rəhbərliyi və futbolçuları ilə görüş keçirməsidi.
