16 may 2013 11:55
Qarabağ son turun oyununa hazırlıqları bərpa etdi
“Qarabağ” son turun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 32-ci turunda “Simurq”u qəbul edəcək Ağdam klubu Suraxanı qəsəbə stadionunda çalışacaq.
Turnir cədvəli üçün heç bir əhəmiyyət daşımayan matça qədər komandamız daha 2 dəfə məşqə çıxacaq.
Qeyd edək ki, “Qarabağ” – “Simurq” görüşü mayın 19-da T.Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 18:00-da start götürəcək.
