17 may 2013 00:17
Azərbaycanlı futbolçu ilə Rumıniyanın iki klubu maraqlanır
Futbol üzrə Azərbaycan yığmasının və Rumıniyanın “Petrolul” klubunun müdafiəçisi Elhad Nəzirinin xidmətində bu ölkənin digər klubları da maraqlıdı. Bu barədə futbolçunun özü azerisport.az saytına müsahibəsində məlumat verib:
“Mənimlə daha iki klub maraqlanır. Hər ikisi Rumıniya təmsilçisidi. Əgər seçim etməli olsam, daha çox əsas heyətdə oynaya biləcəyim komandaya keçməyə çalışacağam”.
Qeyd edək ki, Nəziri qışda keçdiyi “Petrolul”da mütəmadi oynamır və bu üzdən yayda komandadan getmək ehtimalı var.