16 may 2013 12:17
İqor Mitreski: Bu dəfə finalda uduzmaq istəmirik
“Neftçi”nin müdafiəçisi İqor Mitreskinin azerisport.az saytına müsahibəsi
- Sizi çempionluq münasibətilə təbrik edirik...
- Sağ olun. Amma Qəbələdəki oyun çətin alındı. Hər birimiz çalışdıq ki, bu oyundan qalib ayrılaq. Hesab açsaq da, sonradan qol buraxdıq. Amma əsas odu ki, sonda lazım olan bir xalı qazandıq, istəyimizə çatdıq. Çempionluğu erkən təmin etmək çox vacib idi. Fikrimcə, “Neftçi” layiqli olaraq ardıcıl üçüncü dəfə çempionluğu bayram edir.
- “Qəbələ” ilə oyun zamanı “Qarabağ”ın “Bakı”ya məğlubiyyətini də arzulamırdınız?
- Taleyimiz öz əlimizdə idi. Necə də olmasa, altı xallıq fərq son iki tur üçün az deyildi. Amma bizim onsuz da daha bir oyunumuz qalırdı. Yəni “Qəbələ”yə məğlub olsaq da, son turda “Bakı”dan xal və ya xallar almaqla çempionluğu təmin edəcəkdik. Mənə elə gəlir ki, çempionluq yolundakı ən həlledici məqam “Qarabağ”la son oyunumuzda qazandığımız qələbə oldu.

- Rəşad Sadiqov bəyan edib ki, “Neftçi” çempionluğu hələ “Simurq”la oyunda rəsmiləşdirmək istəsə də, alınmayıb...
- Düz deyir. Çoxlu qol epizodları yaratsaq da, bunlardan lazımınca yararalana bilmədik. Amma bunda ciddi heç nə yoxdu. Əsas odu ki, “Neftçi” çempiondu. Bütün azarkeşləri, oyunçuları, baş məşqçimizi və məşqçilər korpusunu, eləcə də prezident Sadıq Sadıqovu təbrik edirəm. Ümumiyyətlə, bu mövsüm çox uzun çəkdi. Çünki üç cəbhədə - Premyer Liqada, ölkə kubokunda və Avropa Liqasında çıxış etdik.
- Bu, “Neftçi”dəki ardıcıl üçüncü çempionluğunuzdu...
- Əlbəttə, çempionluq çox xoşdu. “Spartak”da çıxış edərkən də 13 il öncə ilk mövsümümdə qızıl medal qazanmışdım. 15 ildi ölkə xaricində çıxış etdiyimdən “Neftçi”yə uyğunlaşmağımda problem olmadı. İlk gündən komandanın qarşısına yüksək hədəflərin qoyulduğunu gördüm. Şadam ki, bu hədəflərə çatmağı bacarırıq.
- “Bakı” ilə oyun tam formal xarakter daşıyacaq?
- Formal oldu, olmadı, biz öz oyunumuzu oynayacağıq. Çempionatı layiqli şəkildə qapamaq lazımdı. Özü də bu oyundan sonra çempionluq kubokunu alacağıq. Mövsümü major notlarla bitirib, kubokun final qarşılaşmasına hazırlaşmalıyıq.

- “Xəzər Lənkəran”ı analiz etməyə başlamısız?
- Analiz aparırıq, komandanın oyunlarına baxırıq. Vaxtilə Con Toşakın rəhbərliyi altında Makedoniya yığmasında oynamışam. O, çox yaxşı və təcrübəli mütəxəssisdi. Fikrimcə, o, komandasını həlledici görüşə yaxşı hazırlaşdırmağı bacaracaq. Biz də bu oyuna ciddi hazırlaşacağıq. Hələlik isə çempionluğumuzu bayram etmək istəyirik.
- Komandanızın bu oyuna arxayın çıxması ehtimalı nə qədər yüksəkdi?
- Əlbəttə, hər şey ola bilər. Amma “Neftçi” hazırda Azərbaycanın ən güclüsüdü. Ötən il finalda “Bakı”ya uduzduq. Bu il isə eyni aqibəti yaşamaq istəmirik.
- Əlbəttə, hər şey ola bilər. Amma “Neftçi” hazırda Azərbaycanın ən güclüsüdü. Ötən il finalda “Bakı”ya uduzduq. Bu il isə eyni aqibəti yaşamaq istəmirik.