16 may 2013 12:34
Xəzər Lənkəran məşqləri bərpa etdi
Topaz Premyer Liqası çərçivəsində “Sumqayıt”la son səfər oyunu sonrası istirahətə buraxılan “Xəzər Lənkəran” dünən doğma şəhərə gəlib. Azerisport.az xəbər verir ki, kiçik istirahətdən sonra bərpa məşqinə çıxan komanda bu gün səhər məşqini də ehtiyat meydançada keçirib.
Sabah isə “Xəzər Lənkəran” gün ərzində iki dəfə məşqə çıxaraq “Rəvan”la mövsümün son ev matçı üçün hazırlığını davam etdirəcək. Hazırda zədəli futbolçuların tez bir zamanda sıraya qayıtması üçün komandanın tibbi korpusu səylərini əsirgəmir.
