17 may 2013 00:50

Kəpəzdə mövsüm bitən kimi hamı gedəcək

Cari futbol mövsümünün başa çatmasına az vaxt qalsa da, "Kəpəz"in gələcək taleyinə hələ də aydınlıq gəlməyib. Azerisport.az xəbər verir ki, Premyer Liqanın yekunlarına əsasən, elitanı tərk edəcək komandanın bundan sonra 1-ci divizionda necə, hansı futbolçular və məşqçi ilə çıxış edəcəyi məlum deyil.
 
Hələlik məlum olan yeganə xəbər çempionatın sonunda komandanı hamının tərk edəcəyidi. Klubun bütün futbolçuları ilə müqaviləsi mayın sonunda başa çatdığından heyətdə heç kim qalmayacaq. Onsuz da legionerlərin və bəzi aparıcı yerli oyunçuların aşağı liqada top qovacağı ağlabatan deyil. Bu mənada əcnəbilərdən Nikolay Svejentsev və Bujamin Asaninin mayda ölkəmizi tərk etməsi daha realdı. Yalnız Alan Soltanov, Vladislav Serebryakov kimi tanınmayan gəncləri lazım olduğu halda düşərgədə saxlamaq olar.
 
Qeyd edək ki, "Kəpəz"də artıq bir müddət əvvəl futbolçuların gedişi başlayıb. Klubun türkmənistanlılar - Pirkuli Saparov və Rəhimberdı Baltayevlə yolları ayrılıb. Yarımmüdafiəçi mövqeyində çıxış edən Saparov ağır zədələnərək əməliyyat olunduqdan sonra mövsümü erkən başa vurduğundan evinə yola salınıb. Müdafiəçi olan Baltayev isə əsas heyətə düşə bilmədiyindən Türkmənistanda transfer pəncərəsinin bağlanmasına az qalmış rəhbərlikdən sərbəst buraxılmasını istəyib. Yerli futbolçulara gəldikdə, qışda kollektivə qoşulan Cəmşid Məhərrəmovla Fərid Quliyevin oyun təcrübəsi qazanmaq üçün "Kəpəz"ə keçdiyi aydın məsələdir və onları birinci divizionda oynamağa razı salmaq qeyri-mümkündür. Bütün bunların fonunda heyətdəki gəncəli oyunçuları dilə tutmaqla komandada saxlamaq mümkün ola bilər.
 
Oyunçularla yanaşı, məşqçilər korpusunda yer alan mütəxəssislərin də klubla anlaşma müddəti çempionatın sonuna kimidir və onlar da komandadan gedəcəklər. (Kəpəz TV)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.