16 may 2013 13:23
Neftçi 16 turdu meydanı qol vurmadan tərk etmir!
Topaz Premyer Liqasında çempionluğu vaxtından əvvəl təmin etmiş “Neftçi” həm də 59 qolla çempionatın ən məhsuldar komandasıdı. Azerisport.az xəbər verir ki, flaqman keçirdiyi 31 oyunun cəmi 3-də fərqlənə bilməyib.
Son 16 turdu ki, “Neftçi”nin futbolçuları meydanı qol vurmadan tərk etmirlər. Bununla yanaşı “Neftçi” ayrı-ayrılıqda ev və səfər oyunlarında vurduğu qolların sayına, eləcə də topladığı xallara görə bütün rəqiblərini qabaqlayır. “Ağ-qaralar” doğma meydanda 38, səfər qarşılaşmalarında isə 23 dəfə qol sevinci yaşayıb. “Neftçi” həm də çempionatın ən çox qələbə qazanan komandasıdı. Flaqman keçirdiyi 31 görüşdən 19-da meydanı 3 xalla tərk edib. İlk altılıqda ən az heç-heçə etmiş ağ-qaralar cəmi 5 matçda rəqibləri ilə sülh bağlayıb.
