16 may 2013 14:24
Azərbaycan bayrağı Avropa Liqasının final oyununda (FOTO)
UEFA Avropa Liqasında 2012-2013 mövsümü ötən gecə başa çatdı. Azerisport.az xəbər verir ki, Portuqaliyanın “Benfica” klubunu 2:1 hesabı ilə məğlub edən İngiltərənin “Chelsea” kollektivi turnirin qalibi oldu.
“Amsterdam Arena”da baş tutan final matçında Azərbaycan bayrağı da dalğalandı. Belə ki, matçı izləməyə gedən həmyerlilərimiz bayrağımızı da stadiona aparıb. Televiziya tamaşaçıları bunu qaliblərin mükafatlandırılması mərasimi zamanı daha aydın şəkildə görmək imkanı qazanıblar.
