16 may 2013 15:28
Millimizin heyəti açıqlandı
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 8-də AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Makedoniya yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının mayın 27-dən iyunun 8-ə qədər Bakı şəhərində təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq yığmamızın heyəti də açıqlanıb.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Mirhüseyn Seyidov - "Neftçi"
Elvin Yunuszadə - "Neftçi"
Tərlan Quliyev - "Neftçi"
Kərim Diniyev - "Neftçi
Emil Balayev - "Neftçi"
Hacı Əhmədov - "Qarabağ"
Tural İsgəndərov - "Qarabağ"
Şəhriyar Əliyev - "Bakı"
Nurlan Novruzov - "Bakı"
Amit Quluzadə - "Qəbələ"
Urfan Abbasov - "Qəbələ"
Murad Ağayev - "Sumqayıt"
Slavik Alxasov - "Sumqayıt"
Rəşad Eyyubov - "Simurq"
Nicat Qurbanov - "Simurq"
Orxan Sadıqlı - "Xəzər Lənkəran"
Abdulla Abasiyev - "İnter"
Andriy Popoviç - "Turan"
Ruslan Tağızadə - AZAL
Taşkın İlter - "Eintracht Braunschweig" (Almaniya)
Fatih Şanlı - "Bergisch Gladbach 09" (Almaniya)
Timur Temeltaş - "Kaiserslautern" (Almaniya)
Qeyd edək ki, "Neftçi" və "Xəzər Lənkəran" klublarının futbolçuları (Mirhüseyn Seyidov, Tərlan Quliyev, Elvin Yunuszadə, Kərim Diniyev, Emil Balayev, Orxan Sadıqlı) U-21-in düşərgəsinə mayın 29-da qoşulacaq.
