16 may 2013 15:44
AFFA birinci divizion klublarına da cəza kəsdi
AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şəmkir” – “Tərəqqi” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Energetik” – “Qala” matçının 45-ci dəqiqəsində “Energetik”in futbolçusu Ruslan Həmidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Matçın 75-ci dəqiqəsində “Energetik”in futbolçusu Zamir Cəlilov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat olunub.
