16 may 2013 16:28
Qəbələnin türk məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi “Qəbələ”nin türk məşqçisi Halim Fıçıcını cəzalandırıb. Azerisport.az xəbər verir ki, buna səbəb onun hərəkəti olub.
Belə ki, U-15 liqasının “Əlincə” ilə oyununun 50-ci dəqiqəsində türk mütəxəssis təhqiredici hərəkətə yol verib. Buna görə o, 5 oyunluq cəzalandırılıb.
U-14 liqasının “İnter” – “Neftçi” matçının 20-ci dəqiqəsində “ağ-qaralar”ın baş məşqçisi Ramil Həbibov hakimə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırılıb və AFFA tərəfindən 1 oyunluq cəzalandarılıb.
U-16 liqasında “Neftçi”nin üzvü İbrahim Əliyev, “Turan”ın futbolçusu Natiq Qüdrətov, U-13 liqasında “İnter”in oyunçusu Bayram Paşazadə, həvəskarlar arasında Azərbaycan birinciliyində isə “Ağstafa”nın üzvü Vüqar Qurbanov hakimi təhqir edib. Bu səbəbdən İbrahim, Natik və Vüqar 4, Bayram 5 oyunluq cəzalandırılıb.
