16 may 2013 16:33
Qarabağ legionerləri ilə yeni müqavilə imzaladı
“Qarabağ” daha 2 futbolçusu ilə müqavilə yeniləyib. Azerisport.az xəbər verir ki, daha öncə Maksim Medvedev, Vüqar Nadirov, Fərhad Vəliyev və Namiq Yusifovla müqavilə imzalayan Ağdam klubu bu dəfə 2 legionerlə danışıqları uğurla tamamlayıb.
“Qarabağ”ın albaniyalı legionerləri – Admir Teli və Ansi Aqolli növbəti mövsüm də də komandanın uğurları üçün tər tökəcək.
Qeyd edək ki, Admir Teli 2009-cu ilin yanvarından “Qarabağ”da top qovur. Sonuncu müdafəçi mövqeyində çıxış edən Teli stabilliyi ilə də seçilir. Ötən mövsüm bütün oyunları əvəzedilmədən keçirən, cari mövsüm bu seriyanı ümumilikdə 88-ə çatdıraraq rekord qıran Admirlə 1+1llik müqavilə imzalanıb.
Aqolli də 1 illik sazişə imza atıb. Albaniya millisinin də şərəfini qoruyan sol cinah oyunçusu “Qarabağ”a 2010-cu ilin yayında qoşulmuşdu.
