16 may 2013 17:04
Qarabağda 2 şok: Rəşadla Riçard üçün mövsüm bitdi
Pemyer Liqanın sonuncu turunda “Simurq”la qarşılaşacaq “Qarabağ” oyuna ideal heyətlə çıxa bilməyəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Bakı” ilə oyunda zədələnərək sıradan çıxıb.
Sağ diz bağlarında I dərəcəli yüklənmə olan 31 yaşlı müdafiəçi oyunun gedişində Bədavi Hüseynovla əvəzlənmişdi. Rəşadın sağalma prosesinin 2-3 həftə davam edəcəyi gözlənilir. Bu səbəbdən o, millinin qarşıdakı toplanışına da qatıla bilməyəcək.
“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda da mövsüm bitirib. Komandanın braziliyalı bombardiri sonuncu görüşdə sol çiynindən zədələnmişdi. Riçinin də dönüşü üçün 5-10 gün lazım olacaq.
