16 may 2013 17:22
AZAL-a texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsi 3 kluba texniki məğlubiyyət verib. Azerisport.az xəbər verir ki, buna səbəb onların oyunda iştirak etməməsi olub.
U-17 liqasında “Gənclik” “Qəbələ”, ROİL “Kəpəz”lə, U-16 liqasında isə AZAL “Turan”la oyunda iştirak etmədiyi üçün onlara 0:3 hesablı texniki məğlubiyyət verilib. ROİL 3 dəfə oyunlarda iştirak etmədiyinə görə yarışlardan kənarlaşdırılıb.
