16 may 2013 17:34
Qəbələ Barcelona, Beşiktaş və Şaxtyorla eyni qrupda!
Mayın 29-da start götürəcək ikinci “Qəbələ kuboku” turnirinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, səkkiz komandanın iştirak edəcəyi turnirin püşkünə əsasən, “Qəbələ” “Barcelona” (İspaniya), “Beşiktaş” (Türkiyə) və “Şaxtyor”la (Ukrayna) eyni qrupa düşüb.
Turnirdə Azərbaycanı təmsil edən digər komanda – “Bakı” isə “Zenit” (Rusiya), “Feyenoord” (Hollandiya) və “Porto”yla (Portuqaliya) bir qrupda yarışacaq.
Turnirə iyunun 1-də yekun vurulacaq.
