17 may 2013 18:48
Azərbaycan - Lüksemburq matçının biletləri 4-50 AZN-ə!
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində iyunun 7-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Lüksemburq oyununun biletləri mayın 18-dən etibarən satışa çıxarılacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, biletlərin qiymətləri sektorlara uyğun olaraq 4, 9, 14 və 50 AZN-di. Satış nöqtələri ilə bağlı məlumatı diqqətinizə çatdırırıq:
28 Mall Ticarət Mərkəzi
Saat 10:00-dan – 22:00-dək
Bakcell Arena-nın kassaları
Saat 10:00-dan – 22:00-dək
