17 may 2013 23:14
Bakı Avropa Kubokunda ilk qələbəsini qazandı
Bu gün İtaliyada çimərlik futbolu üzrə klublar arasında Avropa Kubokununun qrup mərhələsinin son oyunları keçirilib. Azerisport.az xəbər verir ki, yarışda ölkəmizi “Bakı” təmsil edirdi.
Komandamızın son rəqibi Litvanın “Kreyssu” kollektivi olub. Qarşılaşma təmsilçimizin 5:4 hesablı qələbəsi ilə başa çatıb. Ramil Əliyevlə Əbdül Əliyev dubl edib. Daha bir topu isə rəqib qapısından Vaqif Şirinbəyov keçirib.
Qeyd edək ki, paytaxt klubu ilk oyununu yerli “Terraçin” klubuna qarşı keçirmiş və 1:3 hesabıyla uduzmuşdu. Polşanın “Qrembax” kollektivi ilə görüş isə 1:2 hesablı yenilgisi ilə başa çatmışdı.
