17 may 2013 12:03
Cari mövsümün qaliblərini Rövnəq Abdullayev mükafatlandıracaq
Topaz Premyer Liqasının 32-ci turunun “Neftçi” – “Bakı” oyunundan sonra cari mövsümün qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, “Bakcell Arena”da keçiriləcək mərasimdə çempion “Neftçi” ilə yanaşı, gümüş və bürünc medalların sahibi “Qarabağ”la “İnter” də iştirak edəcək.
Çünki onlar 20:30-da başlayacaq bu oyundan daha tez meydana çıxacaqlar və həmin vaxta qədər görüşləri başa çatmış olacaq.
Qaliblərin mükafatlandırılması mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev də iştirak edəcək.
Bir daha qeyd edək ki, “Neftçi” – “Bakı” matçı “Bakcell Arena”da (8-cikm stadionu) keçiriləcək və saat 20:30-da başlayacaq. Oyuna giriş pulsuzdu. Matçdan dərhal sonra möhtəşəm atəşfəşanlıq, eləcə də konsert proqramı azarkeşləri gözləyir. Təqdimetmə mərasiminin xüsusi müğənni qonağı isə Röya olacaq.
