17 may 2013 12:46
Vladimir Levin: İnterin mükafatlandırılması mərasimində iştirak etməyəcəm
“İnter”in kapitanı Vladimir Levin paytaxt klubu ilə yollarını ayırır. Azerisport.az saytına müsahibəsində o, bildirib ki, Topaz Premyer Liqasının 32-ci turundan sonra baş tutacaq cari mövsümün qaliblərinin mükafatlandırılması mərasimində də iştirak etməyəcək:
“Mən son turun oyununda meydana çıxa bilməyəcəm. Çünki Ukraynaya getməyə hazırlaşıram. Bir qədər istirahət edib, milli komandanın oyunlarına hazırlaşacağam. Mükafatlandırma mərasimində də məhz bu səbəbdən iştirak edə bilməyəcəm”.
Qeyd edək ki, Vladimir Levinin “İnter”i “Qəbələ”yə dəyişməsi gözlənilir.
