17 may 2013 12:51
Vladimir Levin: Qəbələyə nəyisə dəyişməyin vaxtı çatdığı üçün keçirəm
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Vladimir Levinin azerisport.az saytına müsahibəsi
- Təbrik edirik!
- Hələ tezdi.
- Hələ tezdi.
- Niyə?
- Çünki hələ müqavilə imzalamamışam. Nə vaxt müqaviləni imzalaram, onda buyurub təbrik edərsiz. Bu gün müqavilə bağlamalıyıq.
- “İnter”i “Qəbələ”yə dəyişməyiniz gözlənilməz olmadı?
- Nə demək olar? Belə qərar verdim.
- Nə demək olar? Belə qərar verdim.
- “İnter”də sizi nə qane etmədi?
- Nəyisə dəyişməyin zamanı çatmışdı. Doqquz ildi bu komandada oturmuşam. Başqa heç nə yoxdu. Getmək çətin idi. Amma klubumu dəyişməyə qərar verdim.
- Nəyisə dəyişməyin zamanı çatmışdı. Doqquz ildi bu komandada oturmuşam. Başqa heç nə yoxdu. Getmək çətin idi. Amma klubumu dəyişməyə qərar verdim.
- “Qəbələ”də də uzun müddət qalmalı olsaz, karyeranızı bu klubda başa vurmağınız mümkündü?
- Hələ bilmirəm. Bunu zaman göstərəcək. Hələlik iki illik müqavilə bağlayacağıq. Sonrasına baxarıq.
- Hələ bilmirəm. Bunu zaman göstərəcək. Hələlik iki illik müqavilə bağlayacağıq. Sonrasına baxarıq.
- Aleksandr Çertoqanovla məsləhətləşməmisiz? O da “Qəbələ”yə “İnter”dən getmişdi. Amma bu mövsümün sonunda komandadan getdi...
- Əlbəttə, söhbətləşmişik. Onda alınmadı. Hərdən hər şey istədiyin kimi olmur.
- Yəqin ki, “Qəbələ”də sizi daha yaxşı maliyyə şərtləri gözləyir...
- Bəli.
- Yəqin başa düşürsüz ki, yeni futbolçulara hər bir komandada böyük ümidlər bəsləyirlər...
- Başa düşürəm. Ümid edirəm ki, növbəti mövsüm bu komandaya uğurlar qazandıra biləcəyik.
- Hələlik “Qəbələ”nin baş məşqçisi müəyyənləşməsə də, böyük ehtimalla komandanı Yuri Syomin çalışdıracaq...
- Mən də komandanı onun çalışdırmasını istərdim. Syominlə işləmək maraqlı olardı. Ümumi dil tapa bilərik. O, son dövrlərə qdər Kiyev “Dinamo”sunda çalışıb. Bu təyinat klub üçün də çox müsbət addım olar.
