17 may 2013 13:11
AZAL Benuahini də itirə bilər
“Xəzər Lənkəran”a keçən Franko Nildonun ardınca AZAL daha bir aparıcı futbolçusunu itirməyə yaxındı. Azerisport.az xəbər verir ki, Zohair Benuahi də mövsüm başa çatan kimi paytaxt klubu ilə yollarını ayırmağa hazırlaşır.
Mərakeşli futbolçunun “təyyarəçilər”lə müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq. Belədə, azad agentə çevriləcək Benuahi artıq AZAL-da qalmaq istəmir.
Onun xidmətində Premyer Liqanın bəzi aparıcı klublarının maraqlı olduğu bildirilir. Eyni zamanda İranın yüksək liqa klublarından da biri bu oyunçunu heyətinə qatmaq istəyir. İranlılar hətta ona yarım milyon dəyərində müqavilə də təklif ediblər.
