19 may 2013 01:08
Nəziri oynamadı, Petrolul xal itirdi (YENİLƏNİB)
Rumıniyanın “Petrolul” klubu ölkə çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin komandası 32-ci tur çərçivəsində “Astra” ilə qarşılaşıb.
Qarşılaşma doğma meydanında keçirilirdi. Bu üzdən də “Petrolul” eyni xala malik olduğu və turnir cədvəlində qonşu olduğu rəqibinə mütləq qalib gəlmək istəyirdi. Lakin qarşılaşma 1:1 hesabıyla başa çatıb.
Yığmamızın üzvünün bu oyunda hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Təəssüf ki, baş məşqçi Kosmin Kontra ona yenə şans verməyib.
Qeyd edək ki, “Petrolul” 32 oyundan sonra topladığı 58 xalla 4-cü pillədə qərarlaşıb.
Rumıniya çempionatı
32-ci tur
18 may
Petrolul – Astra - 1:1
