18 may 2013 01:34
Sadıqov mükafatlandırma mərasimində iştirak edə bilməyəcək
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov cari mövsümün mükafatçılarının təltifetmə mərasimində iştirak etməyəcək. Azerisport.az xəbər verir ki, o, sabah Türkiyəyə yollanacaq.
Bu, təcrübəli futbolçunun qardaş ölkədə müalicə almaq istəyi ilə bağlıdı. Son turun “Bakı” ilə görüşündə zədələnən Sadıqovun ən azı 10 gün müalicə almağa ehtiyacı var.
Qeyd edək ki, Topaz Premyer Liqasının 32-ci turunun “Neftçi” – “Bakı” matçından sonra qaliblər mükafatlandırılacaq.
