17 may 2013 15:17
Levin rəsmən Qəbələdə!
“İnter”in kapitanı Vladimir Levin yeni mövsümə başqa komandada başlayacağını rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, millimizin Ukrayna əsilli müdafiəçisi paytaxt klubu ilə mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyib.
Levin “İnter”dən ayrılsa da, karyerasını Azərbaycanda davam etdirəcək. Belə ki, o, “Qəbələ” ilə anlaşıb. O, bu gün bölgə klubu ilə iki illik müqavilə bağlayıb.
Qeyd edək ki, 29 yaşlı Levin karyerasına Odessa “Çernomorets”ində başlayıb və 2001-2004-cü illərdə bu komandanın əvəzedici heyətində çıxış edib (52 oyun, 4 qol). 2004-cü ildə “İnter”ə keçən futbolçu bu mövsüm komandasının 28 oyununa çıxıb və 2 qol vurub. 2008-ci ildən milli komandamıza çağırılan futbolçu 28 oyunda forma geyinib.
