17 may 2013 15:58
Nizami Hacıyev Almaniyadan qayıtdı
“İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev Almaniyadan qayıdıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun üzvü uzun müddətdi əziyyət çəkdiyi zədəsini məhz bu ölkədə müalicə etdirirdi.
Lakin Hacıyev hələ tam hazır deyil. Bu üzdən də o, Topaz Premyer Liqasının 32-ci turunun “Qəbələ”yə qarşı oyununda iştirak edə bilməyəcək.
Maraq üçün bildirək ki, Hacıyevin “İnter”lə müqaviləsinin də müddəti bu ayın sonunda başa çatacaq. Bu üzdən də onun paytaxt klubunda qalıb-qalmayacağı bəlli deyil.
