17 may 2013 16:29
Traktorsazinin baş məşqçisi Azərbaycan klubunu çalışdıra bilər (FOTO)
Cənubi Azərbaycanın İran çempionatındakı təmsilçisi “Traktorsazi” klubunun sabiq baş məşqçisi Toni bəyan edib ki, karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Mən his edirəm ki, hələ məşq etdirməyə yetəcək kifayət qədər gücüm var. Amma hələ karyeramı harda davam etdirəcəyimi dəqiq bilmirəm. Ola bilər ki, İrana qayıdım, yaxud da Azərbaycan, hətta Qazaxıstan çempionatında çalışım. Hələ ki, xəbər gözləyirəm”.

Qeyd edək ki, Antonio Xose Konseysao Oliveyra olan 66 yaşlı mütəxəssis vaxtilə "Benfica", "Bordeox" (Fransa), "Sevilla" (İspaniya) klublarında, eləcə də bəzi ərəb komandalarında baş məşqçi kimi çalışıb.